logo
logo logo
logo

“BakuBus"ın anbarında YANĞIN - VİDEO

13:09 - 21 İyul 2023

“BakuBus\"ın anbarında YANĞIN - VİDEO

Bakı şəhəri, Suraxanı rayonu, Zığ şosesi yaxınlığında ümumi sahəsi 2370 m² olan avtomobil təmiri mərkəzində sahəsi 168 m² olan anbarın yanar konstruksiyaları və içərisində təsərrüfat malları qismən yanıb.

 

Bu barədə Manset.az-a FHN-in mətbuat xidmətindən bildirilib. Çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb.

Tikilinin böyük hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, oxu.az-ın məlumatına görə, hadisə “BakuBus” MMC-nin anbarında qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az