Sabunçuda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

13:23 - 21 İyul 2023

Sabunçuda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

FHN-dən Manset.az-a verilən xəbərə görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Neftçilər küçəsində vətəndaşa məxsus fərdi yaşayış evinin yenidən qurulması zamanı təsdiq olunmuş layihədən kənara çıxılmaqla mansarda mərtəbəsinin tikintisinin həyata keçirildiyi müəyyən edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədən kənara çıxılmaqla inşa olunan mansarda mərtəbəsinin tikintisi dayandırılıb və mərtəbə sökülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az