144 milyon mənimsəyən sabiq nazirlə bağlı YENİ QƏRAR

09:50 - 22 İyul 2023

144 milyon mənimsəyən sabiq nazirlə bağlı YENİ QƏRAR

Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatətinə baxılıb.


Manset.az apa-ya istinadən xəbər verir ki, keçirilən prosesdə vəsatət təmin edilib və Rafael Əliyevin barəsində həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.

Qeyd edək ki, Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az