Lənkəran və İsmayıllıda qanunsuz ağac kəsdilər

10:37 - 22 İyul 2023

Lənkəran və İsmayıllıda qanunsuz ağac kəsdilər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran və İsmayıllı şəhərləri ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

 

Bu barədə Manset.az-a Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, araşdırma zamanı ağacların Lənkəran şəhəri, Həzi Aslanov xiyabanında vətəndaş Vüqar Rəhimov, İsmayıllı şəhəri, Natavan küçəsi 23 ünvanında isə vətəndaş Tahir Osmanov tərəfindən kəsildiyi məlum olub:

“Faktlarla bağlı akt tərtib edilib, Lənkəran rayon sakini V.Rəhimov barəsində protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb. İsmayıllı şəhərində isə yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az