Moskva görüşünün vaxtı AÇIQLANDI

17:47 - 24 İyul 2023

Moskva görüşünün vaxtı AÇIQLANDI

Rusiya, Azərbaycan və Ermənistanın xarici işləri nazirləri – Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyanın Moskva görüşünün vaxtı açıqlanıb.

 

Manet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Görüş iyulun 25-də baş tutacaq.

Tərəflər Qarabağ ətrafında vəziyyəti və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılaşmalarının icrasının intensivləşdirilməsi yollarını təhlil edəcəklər.

XİN-dən bildirilib ki, görüş zamanı tərəflər Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına xüsusi diqqət yetirəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az