Göygöldə güclü yağışdan sonra sel gəlib.
Manset.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında leysan yağışdan sonra rayonun Aşıqlı kəndi ilə rayon mərkəzinin birləşdirən hissəsinə sel suları basıb.
Nəticədə Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobilərin hərəkət dayanıb. Bundan başqa sel yolun hərəkət hissəsinə daş parçaları və ağac qırığları gətirib. Hazırda əraziyə adiyyatı qrumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlər gedir.