Azərbaycanda 4.9 bal gücündə ZƏLZƏLƏ OLDU - YENİLƏNDİ (FOTO)

11:55 - 26 İyul 2023

Azərbaycanda 4.9 bal gücündə ZƏLZƏLƏ OLDU - YENİLƏNDİ (FOTO)

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bu barədə report-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.

Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.

11:17

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda  zəlzələ qeydə alınmışdır. 

Bu barədə Manset.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, 4.9 bal maqnitudalı yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb. 

11:07

Xəzər dənizində zəlzələ baş verib.

Manset.az xəbər verir ki, yeraltı təkanlar 4.7 bal maqnitudalı olub.

Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az