Səlcuq Bayraktar "IDEF - 23" sərgisində Azərbaycan pavilyonunu ziyarət etdi

16:20 - 26 İyul 2023

Səlcuq Bayraktar \"IDEF - 23\" sərgisində Azərbaycan pavilyonunu ziyarət etdi

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar İstanbulda “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yerləşdirilən Azərbaycan pavilyonunda olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Səlcuq Bayraktar və onu müşayiət edən heyət pavilyonda Azərbaycanın müdafiə sənayesi sahəsindəki yeni silah, sursat və hərbi avadanlıqları ilə tanış olublar.

Azərbaycan pavilyonunun ziyarətində Bayraktarla yanaşı, Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Talıb Görgün də iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az