"Açıq mikrofon” aksiyası davam edir

16:51 - 29 İyul 2023

\"Açıq mikrofon” aksiyası davam edir

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

 

Manset.az xəbər verir ki, növbəti həftə (31 iyul, 1, 2 və 4 avqust tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü Xaçmaz rayonunda (Qımılqışlaq kəndi), 2-ci günü Siyəzən rayonunda (Yenikənd kəndi), 3-cü günü Qusar rayonunda (Avaran kəndi), 5-ci günü isə Quba rayonunda (Qəcər-Zeyid kəndi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az