Ermənistanın Laçına göndərdiyi 19 TIR öz əlində “PARTLADI”

08:55 - 31 İyul 2023

Ermənistanın Laçına göndərdiyi 19 TIR öz əlində “PARTLADI”

Ermənistan Qarabağ separatçıları ilə yaxından-uzaqdan artıq bir əlaqəsinin qalmadığını son günlər tez-tez bəyan etsə də, fgərqli mənzərənin şahidiyik. Rəsmi İrəvanın növbəti dəfə qondarma rejim qalıqlarına milyonlarla dollar yardım ayırdığı artıq heç kəsə sirr deyil. Əgər hər şey Ermənistan hakimiyyətinin dediyi kimidirsə, bəs bu milyonlarla dollar yardımı kimə, nə üçün hesablanıb?! 

Rəsmi Bakı bu sualın cavabını çox yaxşı bilir. Bəs qondarma rejimin Qarabağda "aksiya" şousuna reaksiya verən beynəlxalq ictimaiyyət bilirmi ki, İrəvan bu qədər maliyyə yardımını separatçılara ayırmaqla əslində Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiklərini, revanşistləri daha da öz niyyətlərini həyata keçirmək üçün məqsədlərinə doğru daha da "cəsarətləndirmək" məqsədi daşıyır?! Təbii ki, hər kəsin hər şeydən xəbəri var. 

İrəvanın Laçın postunun qarşısında sərgilədiyi “humanitar yardım” şousunun Bakı tərəfindən necə qarşılanacağına kimi. Bəli, bu hadisə Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı idi. Amma Bakı göründüyü kimi hər şeyə, istənilən gedişə hazırlıqlıdır. Özü də heç vaxt olmadığıə qədər.

Ermənistan tərəfi 19 TIR-dan ibarət "humanitar" maşın karvanını Laçın postuna istiqamətləndirməklə dünyaya Azərbaycanın Qarabağ ermənilərini blokadaya aldığını nümayiş etdirmək üçün növbəti saxta gedişi idi. Lakin sən saydığını say, gör Bakı nə edir.

Rəsmi İrəvan bu karvanın Bakı tərəfindən Laçın yolu ilə Xankəndi istiqamətində buraxılmayacağını əlinin içi kimi bilirdi. Sadəcə Ermənistan hakimiyyəti belə bir planı həyata keçirməklə Bakını nəticəyə təsir edəcək beynəlxalq reaksiya ilə üz-üzə qoymağı düşünürdü. Bu dəfə də İrəvanın planı suya düşdü. Bakını beynəlxalq ictimaiyyətin təzyiqi, qınağı ilə o zaman qarşı-qarşıya qoaymaq olardı ki, Azərbaycanın Laçın postunu bağlayaraq, heç bir alternativ imkan yaratmaz olardı. Lakin rəsmi Bakı Laçın yolundan da daha alternativ yol – Ağdam-Xankəndi marşrutunu təklif etdi və bu gün də öz təklifinin üstündə qətiyyətlə dayanır. Əgər həqiqətən də ermənilərin qarnının ağrısı dedikləri kimi ərzaq problemidirsə, bu da həll yolu.

Ermənistan baş naziri Nikol Paşinyanın da qeyd etdiyi kimi, Qarabağ Azərbaycan ərazisidir və bu, müharibəyə qədər beynəlxalq müstəvidə kağız üzərində əksini tapırdısa, müharibədən sonra bütün güc mərkəzləri bu reallığı qəbul etməyə məcbur vəziyyətə düşüblər. Hətta iş o yerə çatıb ki, Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğu ilə bağlı bu son zamanlardakı bu çıxışlarına birini də əlavə etmək zərurətini özündə hiss edib: Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın ərazisi kimi tanımasın.

Ermənistan baş naziri bu çıxışla çarəsizliyini növbəti dəfə oryaya qoyur. Bu, o şəxsdir ki, 44 günlük müharibədən önccə "Qarabağ Ermənistandır" deyirdi. Lakin Azərbaycan yürütdüyü uğurlu siyasətlə qısa zamanda regiondakı geosiyasi reallığı tamamilə xeyrinə dəyişdi və düşməni məcburiyyət qarşısında qoydu ki, Bakının şərtlərini qəbul edib, onun istədiyi ritorikadan çıxış etsin. 

İstisna edilmir ki, yaxın gələcəkdə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası prosesi daha da sürətlənəcək. Bunun üçün Azərbaycan həm diplomatik müstəvidə, həm də hərb meydanında kifayət qədər önəmli üstünlüklərə malikdir. Bu vəziyyət Bakıya imkan verir ki, Laçın yoluna alternativ Ağdam-Xankəndi marşrutu

Bu da həm Ermənistanın “humanitar yardım” şousunun nəticə verəcəyi ehtimalını sıfırlayır, həm də qondarma rejim qalıqlarının və Ermənistan hakimiyyətinin “humanitar fəlakət” bəhanələrini tamamilə əlindən almış olacaq. Son proseslər düeməyə əsas verir ki, Ermənistan tərəfi bu dəfə də Bakının gücünü və imkanlarını düzgün ölçə bilmədi. Belə ki, Ermənistan düşünürdü ki, yüklər günlərlə sərhəddə ilişib qalsa böyük dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana təzyiqi artacaq və nəticədə rəsmi Bakı yüklərin Laçından keçidinə icazə vermək məcburiyyətində qalacaq.

Lakin hər şey əksinə cərəyan etdi. Bir sıra mərkəzlərin və xarici diplomatların Azərbaycan əleyhinə açıqlamaları artmış olsa da, haqlı olduğumuz halda bizi haqsız duruma sürükləmək istəyənlərin sayı çoxalsa da Bakının iradəsinə, qətiyyətinə üstün gələ bilmədilər.

Ermənistanın qarşısında iki variant var:

- Ya Ağdam variantına razılaşmaq məcburiyyətində qalacaqlar.

- Ya da bir daha nümayiş etdirmiş olacaqlar ki, onlar üçün Qarabağ ermənilərinin "humanitar" və dedikləri kimi guya "təhlükəsizlik" məsələsi yox, onlara öz maraqları lazımdır. 

Əgər həqiqətən də məqsəd Qarabağ ermənilərinə yüklərin çatdırılmasıdırsa, İrəvan üçün yolun fərqi olmamalıdır. İrəvan bilməlidir ki, onlar üçün ən doğru yol elə Bakının təklif etdiyi yoldur. Bu yol Ermənistanı daha uzun yol qət etməsinə imkan yarada bilər. Əksi Ermənistan üçün sadəcə dalandır. 

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az