16 yaşlı oğlanı əkiz uşaqlarla birgə kanalda "tok" vurub öldürdü

12:51 - 31 İyul 2023

16 yaşlı oğlanı əkiz uşaqlarla birgə kanalda \"tok\" vurub öldürdü

Sabirabadda 12 yaşlı əkiz qardaşları və 16 yaşlı qohumunu su kanalında elektrik cərəyanı vuraraq öldürüb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - əkiz qardaşlar 2011-ci il təvəllüdlü Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az