Tərtər İH-də saxlanılan şəxsin kimliyi bəlli oldu - YENİLƏNDİ

11:36 - 01 Avqust 2023

Tərtər İH-də saxlanılan şəxsin kimliyi bəlli oldu - YENİLƏNDİ

Bir neçə saat əvvəl Tərtər rayon İcra Hakimiyyətində xüsusi əməliyyat tədiri keçirilib.

 

Manset.az Globalinfo.az-a istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Ənvər oğlu Kərimov tutulub. 1 saata yaxın davam edən əməliyyat zamanı Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən ötən 5 il ərzində keçirilən tenderlərə aid sənədlər götürülüb. Başına qara torba keçirilən Tofiq Kərimovun Bakıya gətirildiyi bildirilir.

Qeyd olunur ki, əməliyyat keçirilən zaman başçı məzuniyyətdə olub. Belə xəbər var ki, başçı Müstəqim Məmmədov 2 gün əvvəl məzuniyyətə çıxıb və xarici ölkələrdən birinə istirahətə gedib. Müstəqim Məmmədovun da istintaqa cəlb ediləcəyi xəbəri var.

***

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Manset.az  xəbər verir ki, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirib ki, əlavə məlumat veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az