“Kontakt” İsmayıllının ən böyük elektronika mağazasını açdı: AÇILIŞA ÖZƏL ENDİRİM – FOTOLAR

10:38 - 01 Avqust 2023

“Kontakt” İsmayıllının ən böyük elektronika mağazasını açdı: AÇILIŞA ÖZƏL ENDİRİM – FOTOLAR

Sevindirən “Kontakt” mağazalar şəbəkəsinin növbəti dayanacağı İsmayıllı oldu! Mağazalarının sayını sürətlə artıraraq günü-gündən böyüyən şəbəkə yaxın günlərdə İsmayıllı şəhərinin ən böyük elektronika mağazasının rəsmi açılışını edib.  

 

Manset.az xəbər verir ki, açılışda canlı musiqi, şou-proqram, əyləncə, hədiyyəli oyunlar balacadan-böyüyə hamının marağına səbəb olub.

Bütün bunlardan savayı, şəbəkə endirimli qiymətləri ilə də bölgə sakinlərinin ürəyindən xəbər verib. Onlar evlərinə lazım olan minlərlə çeşiddə məhsulları 60%-dək endirimlə alıb, hələ üstəlik endirimli qiyməti yerindəcə düz 3 aya bölüblər.  

Hissəli alış zamanı isə “Kontakt” müştərilərinə istənilən smartfonu ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyaları, qab-qacaqları və nəqliyyat vasitələrini 18 aylıq ilkin ödənişsiz, faizsiz, ən vacibi isə heç bir komissiya olmadan əldə etmək şansı yaradıb. Qeyd edək ki, bütün sərfəli imkanlar hal-hazırda da müştəriləri sevindirməyə davam edir. Avqustun 4-dək bütün İsmayıllı və ətraf rayon sakinləri çox sərfəli fürsətləri dəyərləndirə bilərlər.

Şəbəkənin açılış sürprizləri sadalamaqla bitmir. Belə ki, artıq məşhur “Şeş-qoşa” kampaniyasında İsmayıllı sakinləri də iştirak edib, Volkswagen ID.4 elektromobilini pulsuz apara biləcəklər.
 

İndi isə cəlbedici açılış təkliflərinin bəzilərinə gəlin birlikdə nəzər salaq. Belə ki:

 

Əziz İsmayıllılar, odur ki, fürsət bu fürsətdir, deyib N.Gəncəvi və S.Ə.Şirvani küçələrinin kəsişməsində yerləşən (Kəpənəyin yanı) “Kontakt” mağazasından yolunuzu mütləq salın. Qeyd edək ki, ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az