Vamiq Nəsirova yeni vəzifə verildi

11:19 - 01 Avqust 2023

Vamiq Nəsirova yeni vəzifə verildi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri Vamiq Nəsirov işdən ayrılıb.

 

Manset.az xəbər verir ki, V.Nəsirov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, əmək fəaliyyətini Dövlət Məşğulluq Agentliyində davam etdirəcək.

Belə ki, V.Nəsirov Dövlət Məşğulluq Agentliyində şöbə müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2005-ci ildə ANS TV-də jurnalist kimi fəaliyyətə başlayan Vamiq Nəsirov 2007-ci ildən “Xəzər TV”də işləyib. O, 2020-ci ilin iyulun 1-dən AMADA-nın Media və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışırdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az