Bakıda üzərinə benzin tökülən qaynaqçı yandı

11:28 - 01 Avqust 2023

Bakıda üzərinə benzin tökülən qaynaqçı yandı

Bakıda üzərinə benzin tökülən qaynaqçı yanıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Elxan Əsgərov Nərimanov rayonu, Ziya Bünyadov prospektində icarəyə götürdüyü sexdə qaynaq işləri görən zaman üzərinə benzin tökülüb.

Bu zaman kişi yanıq xəsarətləri alıb. Yaxındakıların köməyi ilə Elxan Əsgərov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az