Sürət Hüseynovun cənazəsi Gəncəyə gətirilib - FOTO

08:55 - 02 Avqust 2023

Sürət Hüseynovun cənazəsi Gəncəyə gətirilib - FOTO

Sabiq baş nazir Sürət Hüseynovun cənazəsi Gəncəyə gətirilib. 

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, onunla bu gün evində vida mərasimi keçiriləcək.

Vida mərasimindən sonra Sürət Hüseynov valideynlərinin məzarının yanında dəfn ediləcək.

Qeyd edək ki, Sürət Hüseynovun cənazəsi gecə saatlarında Türkiyədən Bakıya gətrilib.

Xatırladaq ki, iyulun 31-də S.Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq İstanbuldan Moldovaya gedərkən hava limanında infarkt keçirib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az