Ermənistanın kvadrokopteri mövqelərimiz üzərində uçmağa cəhd edib

09:12 - 02 Avqust 2023

Ermənistanın kvadrokopteri mövqelərimiz üzərində uçmağa cəhd edib

Avqustun 1-i saat 20:45 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az