Bu halda borclunun bank hesabına həbs qoyulacaq

14:50 - 02 Avqust 2023

Bu halda borclunun bank hesabına həbs qoyulacaq

Borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatları icra məmuru “Banklar haqqında” qanuna uyğun olaraq əldə edir və onların (olduqda) üzərinə icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulacaq.

 

Manset.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “İcra haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.

İcra məmuru borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesablarının mövcudluğu barədə məlumatları vergi orqanlarından tələb edə biləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az