logo
logo logo
logo

Azərbaycanlı iş adamına hücum anının görüntüləri: Başından vuruldu - VİDEO

11:41 - 04 Avqust 2023

Azərbaycanlı iş adamına hücum anının görüntüləri: Başından vuruldu - VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı iş adamı Roman İsayevin güllələnməsini görüntüləri yayılıb.

 

Manset.az day.az-a istinadən xəbər verir ki, videoda bir nəfərin iş adamına yaxından atəş açdığı öz əksini tapıb.

Atəş açan şəxs ərazidən qaçıb.

Qeyd edək ki, hadisə ötən gün baş verib.

Başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib.

Xatırladaq ki, Roman İsayev "Lilo Mall" ticarət mərkəzinin sahibidir.

Milli.Az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az