Şəmkirdə güclü yağış bir sıra fəsadlar törətdi

11:50 - 04 Avqust 2023

Şəmkirdə güclü yağış bir sıra fəsadlar törətdi

Şəmkir rayonuna leysan yağıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, bölgədə yağan güclü yağış bir sıra fəsadlar törədib.

Şəmkir rayon Kür qəsəbəsi, Yeniabad, Keçili və Mahmudlu kəndlərində küləklə müşahidə olunan leysan yağışlar nəticəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

Bəzi küçələrdə insanların və avtomobillərin hərəkətində çətinlik yaradıb.

Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda da qeyri-sabit hava şəraiti müşahidə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az