Sürücülərin NƏZƏRİNƏ: Bu əsas yolda hərəkət məhdudlaşdırıldı - FOTO

12:17 - 04 Avqust 2023

Sürücülərin NƏZƏRİNƏ: Bu əsas yolda hərəkət məhdudlaşdırıldı - FOTO

Binəqədi rayonu ərazisində baş verən yanğın hadisəsi səbəbindən hazırda Binəqədi şosesi - “Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sürücülərdən alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etmək tövsiyə edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az