“WhatsApp” yeni funksiyanı sınaqdan keçirir

09:10 - 08 Avqust 2023

“WhatsApp” yeni funksiyanı sınaqdan keçirir

“WhatsApp” mesencerinin tərtibatçıları böyük qrupların üzvlərinə zəng etmədən səsli söhbətə başlamağa imkan verəcək funksiyanı sınaqdan keçirirlər.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, səsli çatlar 32-dən çox üzvü olan qruplarda mövcud olacaq. Bu halda yeni səs dalğası simvolu görünəcək. Bununla belə, çatlara ən çox 32 istifadəçi qoşula biləcək. Söhbət başladılıb, lakin ona heç kim qoşulmayıbsa, o, avtomatik olaraq 60 dəqiqə ərzində bitəcək.

Hazırda “WhatsApp”ın 2.23.16.19 “Android” versiyasında yenilikdən yararlanmaq mümkündür.

Səsli çatların əsas üstünlüyü ondan ibarətdir ki, onlar hər bir qrup üzvünün smartfonuna zəng etmədən söhbətləşməyə imkan verəcək. Bunun əvəzinə yeni səsli söhbət yaradıldıqda qrup üzvlərinə bildiriş göndəriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az