500 milyona yaxın ƏDV məbləği geri qaytarılıb

16:16 - 08 Avqust 2023

500 milyona yaxın ƏDV məbləği geri qaytarılıb

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-ci ilin 1 avqust tarixinədək portalda qeydiyyatdan keçmiş 2,3 milyona yaxın istehlakçıya qaytarılan məbləğ açıqlanıb.

 

Dövlət Vergi Xidmətindən (DVX) Manset.az-a bildirilib ki, indiyədək istehlakçılara ümumilikdə 1 milyarddan çox kassa çeki üzrə 448,2 milyon manat ƏDV geri qaytarılıb.

Qeyd edilib ki, bu ilin yanvar-iyul ayları ərzində qaytarılan ƏDV məbləği isə 86,7 milyon manat təşkil edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az