Bakıda evdən 40 min manatlıq oğurluq edildi

10:46 - 09 Avqust 2023

Bakıda evdən 40 min manatlıq oğurluq edildi

Bakıda evlərin birindəın külli miqdarda pul və qızıl zinət əşyası oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, avqustun 4-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 8.500 manat, 11.000 dollar pul və 13.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Abbas Ələkbərov müəyyən olunaraq saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az