Bağçalara növbəyaratma prosesi bu tarixədək davam edəcək

14:20 - 09 Avqust 2023

Bağçalara növbəyaratma prosesi bu tarixədək davam edəcək

Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı onlayn növbəyaratma prosesi sentyabrın 1-dək davam edəcək.

 

Bu barədə Manset.az-a Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Qeyd edilib ki, ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinin sayı 1 658, bu təhsil müəssisələrində boş yerlərin sayı 55 382-dir:

“Məktəbəqədər təhsil müəssisələrinə müraciət edən yeni qeydiyyatçıların sayı 46 894, prioritetli - güzəşt olanların sayı isə 1 868 nəfərdir.

Avqustun 1-dən bu günədək ümumilikdə 42 073 uşaq üçün 53 212 növbə yaradılıb. Bildiririk ki, 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazılmaq mümkündür”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az