Hacı Şahinin oğlu atasının heykəlindən danışdı - FOTO

23:17 - 09 Avqust 2023

Hacı Şahinin oğlu atasının heykəlindən danışdı - FOTO

Xəbər verdiyimiz kimi, mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin heykəli hazırlanıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirə yaradıb. Bəzi istifadəçilər heykəlin mərhum Hacı Şahinə bənzəmədiyini vurğulayıblar.

 

Manset.az xəbər verir ki, məsələ ilə bağlı “Sherg.az”a danışan Hacının oğlu Hüseyn Həsənli bildirib ki, heykəli onlar hazırlatdırmayıb:

“Bizə aidiyyəti yoxdur. Kimin hazırlatdırdığı haqqında isə məlumatlı deyiləm. Kimsə özü üçün edib. Problemli bir şey deyil”.

Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az