Bu istirahət mərkəzlərinin rəhbərləri cəzalandırıldı

15:11 - 10 Avqust 2023

Bu istirahət mərkəzlərinin rəhbərləri cəzalandırıldı

Tovuz rayonu ərazisində fəaliyyət göstərən “Tural”, “Yurd yeri”, “Fındıqlı” və “Nəvələr” istirahət mərkəzlərindən ətrafa tullantıların atıldığı və çirkab suların axıdıldığı müəyyən edilib.

 

Bu barədə Manset.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Xaliq Mirzəyev məlumat verib.

X.Mirzəyev qeyd edib ki, faktlarla bağlı “Tural” istirahət mərkəzinin icarədarı Əlixan Tağıyev, “Yurd yeri” istirahət mərkəzinin cavabdeh şəxsi Afiq İsmayılov, “Fındıqlı” istirahət mərkəzinin səlahiyyətli nümayəndəsi Arif Hümbətov və “Nəvələr “ istirahət mərkəzinin iş icraçısı Xanoğlan Qasımov barəsində akt, protokol tərtib olunub:

“Qanunamüvafiq tədbirlər görülüb. Gələcəkdə belə hallara yol verilməməsi üçün iaşə obyektlərinin sahiblərinə məcburi göstəriş verilib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az