2 boş supertanker Hörmüz boğazından geri döndü

12:08 - 12 Aprel 2026

2 boş supertanker Hörmüz boğazından geri döndü

Hörmüz boğazını keçmək istəyən iki boş supertanker geri dönüb.


Manset.az xəbər verir ki, iki boş supertanker Hörmüz boğazından keçərək Körfəz istiqamətində hərəkət etməyə cəhd göstərsə də, ABŞ və İran arasında danışıqların nəticəsiz başa çatması fonunda son anda geri dönüb.

Məlumata görə, bir gün əvvəl İranın Larak adası yaxınlığına, Hörmüz boğazındakı keçid nöqtəsinə üç tanker yaxınlaşıb. Onlardan biri yunan şirkətinə məxsus olub və İraqa doğru istiqamətlənib, digəri isə Pakistan bayrağı altında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedirmiş. Hər iki tanker geri dönüb. Bildirilir ki, gəmilərin marşrutunda dəyişiklik ABŞ və İran nümayəndələrinin Pakistanda keçirilən görüşdə razılığa gələ bilmədiklərinin açıqlanması ilə eyni vaxta təsadüf edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az