Azərbaycanda şadlıq saraylarında menyular bahalaşdı

19:23 - 11 Avqust 2023

Azərbaycanda şadlıq saraylarında menyular bahalaşdı

Azərbaycanda şadlıq saraylarında sifarişlərin sayı azalsa da, menyuların qiymətində isə bahalaşma qeydə alınıb.

 

Manset.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Trend-ə verilən məlumata görə, 2023-cü ilin iyul ayında şadlıq saraylarında sifarişlərin sayı 10.7 faiz azalıb.

Azalma iyul ayının ikinci yarısında Məhərrəmlik ayının başlaması ilə bağlıdır. Bununla yanaşı, şadlıq saraylarında iyul ayında qiymətlər də 5.2% artıb.

Xüsusən də 40 manatadək olan menyularda qiymət daha çox artıb: 6.3%. Qiyməti 40-80 manat olan menyular 5.6% yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində isə 4.1% artım qeydə alınıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyun aylarına nisbətən 112,2% təşkil edib. Halbuki, yanvar-iyun aylarının yekununda illik inflyasiya 12,7% olmuşdu.

İstehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3%, qeyri-ərzaq məhsulları üzrə 111%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4% təşkil edib.

Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,3%, ötən ilin iyun ayına nisbətən 109,4% olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az