Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudov təqaüdə göndərilib.
Manset.az E-huquq.az-a istinadən xəbər verir ki, icraatındakı son işləri yekunlaşdıran İlham Mahmudovun hakimlik fəaliyyəti başa çatıb.
Qeyd edək ki, İ.Mahmudov 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.