Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda Bakıda yollardakı vəziyyət barədə məlumat yayıb.
NİİM-dən Manset.az-a verilən məlumata görə, hazırda:
1. Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. "20 Yanvar" dairəsində;
4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə;
6. Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində;
7. Tbilisi prospekti, hər iki istiqamətdə;
8. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
11. Bül-Bül prospekti, "Sahil" metro stansiyasının qarşısında;
12. Zərifə Əliyeva küçəsində;
13. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
15. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
16. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
17. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.