Milli Qəhrəmanın oğlu ASCO-nu məhkəməyə verib? - AÇIQLAMA

11:40 - 16 Avqust 2023

Milli Qəhrəmanın oğlu ASCO-nu məhkəməyə verib? - AÇIQLAMA

Bəzi Kütləvi İnformasiya Vasitələrində Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini (ASCO) məhkəməyə verməsi barədə məlumat yayılıb.

 

ASCO-dan Manset.az-a verilən məlumata görə, sözügedən məlumat əsassızdır və həqiqəti əks etdirmir:

"Media nümayəndələrindən xahiş edirik ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü ASCO-nun İctimaiyyətlə əlaqələr departamenti ilə dəqiqləşdirəsiniz".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az