Şamaxıdakı yanğın söndürüldü - YENİLƏNDİ

20:40 - 17 Avqust 2023

Şamaxıdakı yanğın söndürüldü - YENİLƏNDİ

Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

***18:20

Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

FHN-in Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir. Ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanır.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***15:37

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

 

FHN-dən Manset.az-a verilən xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

 Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.

 Əlavə məlumat veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az