Narkotik qəbul edib “Galendewagen” sürdü - FOTO

15:56 - 03 Noyabr 2023

Narkotik qəbul edib “Galendewagen” sürdü - FOTO

Qaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.

 

Manset.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, Qax RPŞ-nin DYP Bölməsi Gəncə sakini Tural Məmmədovun idarə etdiyi “Mercedes Galendewagen” markalı avtomobili nəzarət-yoxlama qaydasında saxlayıb.

Yoxlama zamanı sürücünün əməllərində sərxoşluq əlamətləri hiss edildiyindən o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə qəbul etdiyi sübuta yetirilib.

Tural Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az