Bakıda inşa olunacaq yeni metronun yaxınlığında bu da olacaq

16:44 - 06 Noyabr 2023

Bakıda inşa olunacaq yeni metronun yaxınlığında bu da olacaq

Bakının Nəsimi rayonu C.Məmmədquluzadə küçəndə inşa olunan "B04" metro stansiyasının tikintisi başa çatdıqdan sonra həmin ərazidə 15 min kvadratmetr yaşıllıq sahəsinin salınması planlaşdırılır.

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu Bakı Metropoliteni QSC Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəis müavini Nişat Həmidov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, yaxın zamanda "B04" stansiyasının 4 çıxışının tikintisinə başlanılacaq: "Həmin stansiyanın 2 çıxışının altına düşən yaşıllıqların köçürülməsi ilə bağlı layihə hazırlanıb. Metrostansiyasının tikintisi başa çatdıqdan sonra sahədə 400-ə yaxın kol bitkisi, 200-a yaxın ağac, 300-ə yaxın mövsumi güllərin əkilməsi, ümumilikdə 15 min kvadrat metr yaşıllıq sahəsinin salınması planlaşdırılır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az