"WhatsApp"da yeni funksiyalar tətbiq edildi

10:07 - 07 Noyabr 2023

\"WhatsApp\"da yeni funksiyalar tətbiq edildi

"WhatsApp" istifadəçilərini növbəti dəfə yenilikləri ilə sevindirib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, messencer indi profilinizi e-poçt vasitəsilə qorumaq imkanına malikdir.

"Android" tətbiqinin beta versiyasındakı son yeniləmələr istifadəçilərə e-poçt vasitəsilə öz hesablarını yoxlamaq imkanı verir.

Bu yenilik istifadəçilərin şəxsi məlumatlarının mühafizəsini gücləndirmək və hesablara icazəsiz girişin qarşısını almaq məqsədi daşıyır.

Funksiya hazırda 2.23.24.10 versiyasından istifadə edən məhdud sayda beta testerləri üçün əlçatandır. Bu da "WhatsApp"ı daha etibarlı və ünsiyyət üçün rahat edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az