Əhaliyə ŞAD XƏBƏR! Yanvarın 1-dən güzəşt olacaq - VİDEO

22:15 - 12 Noyabr 2023

Əhaliyə ŞAD XƏBƏR! Yanvarın 1-dən güzəşt olacaq - VİDEO

Vətəndaşların banklarda olan depozit gəlirlərinə vergi güzəştlərinin tətbiqinə başlanacaq.

 

Manset.az xezerxeber.az-a istinadən xəbər verir ki, millət vəkili Vüqar Bayramov Vergi Məcəlləsinə edilən dəyişikliklərdə vətəndaşların əmanətlərindən əldə edilən gəlirlərinə güzəştlər nəzərdə tutulduğunu bildirib.

Vergidən azad olma iki istiqamətdə həyata keçiriləcək.

Deputat bildirib ki, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən azad olacaq.

Güzəştlərin 2024-cü ilin yanvarın 1-dən tətbiqinə başlanacaq.
“Vergi Məcəlləsində təklif edilən dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasda müzakirə edilərək Parlamentin plenar iclasına tövsiyə edilib”, - deyə deputat əlavə edib.

Ətraflı videomaterialda:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az