“Azərişıq” ASC Laçında yenidənqurma işlərini davam etdirir - VİDEO

15:58 - 13 Noyabr 2023

“Azərişıq” ASC Laçında yenidənqurma işlərini davam etdirir - VİDEO

 Tarixi torpaqlarımızın işğaldan azad olunmasından sonra yenidən qurulmasında “Azərişıq” ASC üzərinə düşən vəzifəni böyük həvəs və məsuliyyətlə yerinə yetirir. Cənab Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən aparılan yenidənqurma işləri çərçivəsində digər rayonlarımız kimi Laçında da böyük ölçüdə işlər görülüb. Hazırda Cağazur, Qorçu və Qaragöl istiqamətində elektrik şəbəkələri yenilənir.

 

Manset.az xəbər verir ki, ümumilikdə görülən digər işlərlə yanaşı Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Eyni zamanda Şəlvə, Qaragöl, Zağazur və Minkənd istiqamətinə çəkilən 35 kv-luq hava xətti də tamamlanmaq üzrədir.

Qeyd edək ki, “Azərişıq” ASC elektrik təsərrüfatının yenidən qrurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az