1977-1982-ci illərdə Hollandiyanın baş naziri olmuş 93 yaşlı Dris van Aqt və həyat yoldaşı Eugenie evtanaziya yolu ilə həyatlarına son qoyublar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, cütlüyün əl-ələ tutaraq birlikdə həyata vidalaşdığı bildirilib.
Katolik olan, lakin liberal baxışları ilə tanınan Van Aqt 70 illik həyat yoldaşı üçün "Qızım" ifadəsini işlədirdi. Səlahiyyətlilər, hər ikisi xəstə olan cütlüyün ölümlə ayrılmamaq üçün evtanaziyaya üstünlük verdiklərini söyləyib. Van Aqtın 2019-cu ildə beyin qanaması keçirdiyi qeyd olunub.
Qeyd edək ki, son vaxtlar Hollandiyada birlikdə evtanaziya edən cütlüklərin sayı sürətlə artıb. 2022-ci ildə 58 cüt birlikdə ölmək üçün bu üsulu seçib. Həmin il ölkədə evtanaziya yolu ilə həyatına son qoyanların sayı 8 min 720 nəfər olub. Evtanaziya Hollandiyada 2002-ci ildən qanunidir, lakin bunun müəyyən şərtləri var. Dözülməz ağrılardan əziyyət çəkən və sağalma şansı olmayan insanlar bundan istifadə edə bilər.
Əfsanə Rəcəb
Manşet.az