Yunanıstandan "qızıl viza" üçün rekord artım

10:19 - 12 Fevral 2024

Yunanıstandan \"qızıl viza\" üçün rekord artım

Yunanıstanda ən azı 250 min Avro dəyərində daşınmaz əmlakın alınması yolu ilə yaşayış icazəsinin də daxil olduğu “qızıl viza” proqramında böyük artım olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis çıxışı zamanı “qızıl viza” proqramı üçün əcnəbilərin alacağı daşınmaz əmlakın baza qiymətinin 800 min avro olacağına işarə edib.

Çinlilər başda olmaqla bir çox ölkədən sərmayəçilərin daşınmaz əmlak satışı ilə yaşayış icazəsi aldığı Yunanıstanda 2023-cü ildə ən çox daşınmaz əmlak investisiyası edən millət türklər olub.

2014-cü ildə həyata keçirilməyə başlanan proqram çərçivəsində “qızıl viza” proqramında Avropa Birliyinə üzv olan ölkədə yaşamaq icazəsi almaq üçün 250 min avro dəyərində daşınmaz əmlak tələb olunurdu.

Keçən il paytaxt Afina, ölkənin ikinci böyük şəhəri Saloniki və Mikonos və Santorini adalarında bu rəqəm 500 min avroya yüksəldilib.

Yunanıstan parlamentində çıxış edən Mitsotakis bölgələrin adını çəkməsə də, bu rəqəmin artacağını bildirib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az