Çində bir şəxs özünü varlı iş adamı kimi təqdim edərək eyni anda 40 qadını aldadıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qadınlardan 280 min dollar oğurlayan şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib.
Fırıldaqçı özünü zəngin bir iş adamı kimi təqdim edərək eyni anda eşq yaşadığı birdən çox qadını aldadaraq onlardan borc pul istəyib.
Məlum olub ki, fırıldaqçı özünü qadınlara hansısa tikinti şirkətinin rəisi kimi təqdim edib.
Götürdüyü pulla icarəyə lüks avtomobillər və şəxsi sürücü işə götürüb.
Əfsanə Rəcəb
Manşet.az