ABŞ-ın Kanzas ştatında 26 yaşlı Mariah Tomas adlı bir ana körpəsini təsadüfən beşiyi əvəzinə sobada yatırması nəticəsində 1 aylıq körpə ölüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bir körpənin nəfəs almadığını xəbərini alan polis qrupları hadisənin baş verdiyi evə gedib.
Evə gələn polislər ölü tapdıqları körpənin üzərində yanıqların olduğunu və paltarının yandığını görüblər.
Məlum olub ki, anası körpəni yatdığı beşiyi yerinə səhvən sobaya qoyub.
Hadisənin necə baş verməsi ilə bağlı heç bir açıqlama verilməyib.
Ananın rəfiqəsi baş verən faciədə Tomasın psixi sağlamlığının rol oynadığını irəli sürüb.
Əfsanə Rəcəb
Manşet.az