Spirtli içki içib üz üstü yatdı - Göz əzələləri iflic oldu

14:10 - 12 Fevral 2024

Spirtli içki içib üz üstü yatdı - Göz əzələləri iflic oldu

Tayvanda 44 yaşlı bir kişi bir gecə həddindən artıq içki içdikdən və üzü üstə yuxuya getdikdən sonra görmə qabiliyyətini itirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kişi sol gözündə üç gün ərzində korluq və pisləşən ağrılardan sonra Puzi şəhərindəki xəstəxananın təcili yardım otağına müraciət edib.

Xəstə şikayətlərinin bir gecə spirtli içki və yuxu dərmanı qəbul etməsi və sonra gözlərinə təzyiqlə yuxuya getməsi ilə izah edib.

Müalicə üçün xəstəxanaya gedən kişinin sol gözünün işığa reaksiya vermədiyi və yerindən tərpənmədiyi müəyyən edilib.

Həkimlər kişinin göz əzələlərinin iflic olduğunu və onun "oftalmoplegiya" xəstəliyindən əziyyət çəkdiyini müəyyən ediblər.

Həkimlər qeyd ediblər ki, gözə təzyiq nəticəsində gözün şəffaf səthindən bir qədər aşağıda yerləşən subkonyunktiv qan damarları qopub.

Xəstəyə “işemik optik neyropatiya (İON)” və “xoroidopatiya” diaqnozu qoyulub. Xəstənin sol gözü zədə səbəbindən çölə çıxıb.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az