İsrailin 7 oktyabrdan bəri Fələstinə qarşı davam edən hücumlarında ölənlərin sayı 28 min 340-a, yaralıların sayı isə 67 min 984-ə yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.
Açıqlamada, İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağında daha 164 fələstinlini şəhid etdiyi, 200 nəfərin isə yaralandığı bildirilib.
Əfsanə Rəcəb
Manşet.az