“Windows 11”də maraqlı YENİLİK

18:06 - 12 Fevral 2024

“Windows 11”də maraqlı YENİLİK

"Windows 11" süni intellekt (AI) ilə bağlı bir sıra yeni funksiyalar təqdim edib.

 

Manset.az xəbər verir ki, bu barədə “Neowin” məlumat yayıb.

Məlumatda bildirilir ki,  "Windows"un 26052 nömrəli preview quruluşuna “Mənim üçün danış” adlı yeni funksiya əlavə edilib.

Qeyd edilib ki, istifadəçilər öz səs avatarlarını yarada, sonra isə ondan şəxsi və ya işgüzar görüşlər zamanı istifadə edə biləcəklər.

Həmçinin, funksiyanı qurmaq üçün PC sahibi əvvəlcə ona bir neçə sözü yazaraq istifadəçini təqlid etməyi öyrətməlidir.  Gələcəkdə "Mənim üçün danış" seçimi mətni insan səsi ilə mümkün qədər yaxından oxuyacaq. “Siz mətni yaza bilərsiniz və Windows 11 bunu təsadüfi cansız robot səsi ilə deyil, öz sintez edilmiş səsinizlə söyləyəcək”, - müəlliflər texnologiyanı təsvir ediblər. Funksiyanı tez bir zamanda işə salmaq üçün Win + Ctrl + T düymələr kombinasiyası quraşdırılmışdır.

"Windows 11"in ilkin quruluşuna Super rezolyusiya funksiyası da əlavə edilib. Bunun sayəsində ƏS oyunlarda ekranın təsvir ölçüsünü artırmağa imkan verəcək. Yüksək səviyyəli texnologiya süni intellektin köməyi ilə də işləyir.

Yanvarın sonunda məlum olub ki, Microsoft "Windows 11" əsasında bütün kompüterlər üçün səs emalı funksiyasını əlçatan edib. Opsiya audio və ya video zənglər zamanı əks-səda, fon səs-küyü və əks-sədaları aradan qaldırır.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az