Qəzzada həlak olan jurnalistlərin sayı açıqlandı

00:41 - 13 Fevral 2024

Qəzzada həlak olan jurnalistlərin sayı açıqlandı

Oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 126-ya çatıb.

 

Manset.az xəbər verir ki, bu haqda Qəzza hökumətinin Media Ofisi açıqlama yayıb.

Açıqlamada Rəfah və Cibaliye şəhərlərinə təşkil edilən hücumlarda jurnalistlər Ela Həsən əl-Hims və Engham Əhməd Advanın da həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil edilən hücumlarda azı 12 mini uşaq, 8 min 190-ı qadın olmaqla 28 min 340 fələstinli həlak olub, 67 min 984 fələstinli isə yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az