İsveçin Göteborq şəhərində tikilməkdə olan akvaparkda yanğın baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, binanın kənarındakı su çənində başlayan yanğın qısa müddətdə bütün binanı bürüyüb və bir-birinin ardınca partlayışlar baş verib.
Səmanı bürüyən tüstü buludu kilometrlərlə uzaqdan görünüb. Alovun sürətlə yayılması səbəbindən parkın ətrafındakı otellər və ofislər boşaldılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Əfsanə Rəcəb
Manşet.az