Arvadını öldürüb "selfie" çəkdi - Cəsədi ailəsinə göndərdi

10:21 - 13 Fevral 2024

Arvadını öldürüb \"selfie\" çəkdi - Cəsədi ailəsinə göndərdi

Braziliyada 39 yaşlı Xose Torres adlı kişinin 36 yaşlı arvadını dəfələrlə bıçaqla vuraraq öldürdükdən sonra etdiyi hərəkətlər dünya mediasında hiddətə səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Torres həyat yoldaşının cansız bədəni ilə foto çəkdirərək şəkli valideynlərinə göndərib.

Torres həyat yoldaşının valideynlərinin polisə xəbər verməsi nəticəsində qısa müddətdə tutulub.

Qadın həyatını itirməmişdən əvvəl ailəsinə “Kömək edin, məni öldürəcək” mesajını göndərib. Lakin bədbəxt qadının son zənglərini gecə saatlarından yatan ailəsi görməyib.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az