Bu ölkədə həbsxanalarda fövqəladə vəziyyət elan edildi

12:27 - 13 Fevral 2024

Bu ölkədə həbsxanalarda fövqəladə vəziyyət elan edildi

Kolumbiyada hökumət bandalarla mübarizə çərçivəsində bütün ölkədəki həbsxanalarda "fövqəladə vəziyyət" elan etdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Ədliyyə naziri Nestor Osuna keçirdiyi mətbuat konfransında açıqlama verib.

Qərarın son həftələrdə həbsxana məmurlarına qarşı törədilmiş zorakılıq hadisələri səbəbindən verildiyini bildirib.

Osuna təhlükəsizlik qüvvələrinin xüsusilə sıxlıq olan həbsxanalarda əməliyyatlar apara biləcəyini ifadə edib.

Fevralın 10-da Valle del Kauka inzibati bölgəsindəki Tulua şəhərində INPEC-in yüksək vəzifəli məmurlarından biri olan Xesus Kardenas iki silahlı şəxsin hücumuna məruz qalıb və ölüb. Hücumun həbsxanalara bağlı dəstə üzvləri tərəfindən həyata keçirildiyi təxmin edilir.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az