Cem Karaca filmi kinoteatrlardan yığışdırıldı

14:38 - 13 Fevral 2024

Cem Karaca filmi kinoteatrlardan yığışdırıldı

Cem Karacanın həyatından bəhs edən "Cem Karacanın Gözyaşları" filmi sənətçinin həyat yoldaşı İlkim Karacanın açdığı iddia nəticəsində kinoteatrlardan yığışdırılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İlkim Karacanı haqlı hesab edən məhkəmə, tələbin qəbul edilməsi üçün Karacanın 3,5 milyon TL zəmanət ödəməsinə qərar verib.

İlkim Karaca ödənişi etdikdən sonra film kinoteatrlardan yığışdırılıb. Qərardan sonra filmin istehsal şirkəti tərəfindən verilən açıqlamada ədalətin bərqərar olacağı bildirilib.

Prodüser şirkəti tərəfindən verilən açıqlamada "Kinofilmimizin kinoteatrlarda dayandırılması qərarı həm bizi, həm də Cem Karacanın pərəstişkarlarını kədərləndirdi. Ədalətin yerini tapacağına ürəkdən inanırıq" ifadələri işlədilib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az